Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib.

Unikal.org bildirir ki, Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verib.

N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək.

Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır.

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.