Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

Unikal.org xəbər verir ki, bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa...".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.