"Barselona"nın braziliyalı futbolçusu Neymar avtomobil qəzasına düşüb. 

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, "Real Sosiedad"la oyun üçün şəxsi avtomobili olan "Ferrari" ilə Barselona şəhərindən San Sebastiana doğru hərəkət edən Neymar Anueta istiqamətində qəza törədib. Onun avtomobili qarşı tərəfdən hərəkət edən digər nəqliyyat vasitəsinə çırpılıb. Xoşbəxtlikdən Neymar ciddi xəsarət almayıb.

Hadisə yerinə gələn "Barselona" klubunun əməkdaşları Neymarı uzaqlaşdırıblar.