Şəkidə piyadanı maşın vurub.

Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, rayonun Orta Zəyzid kəndində, kənd sakini Məhəmmədov Araz Məhəmməd oğlunun idarə etdiyi 20-DJ-892 dövlət nömrə nişanlı "VAZ 21 099" markalı avtomobil, yolu keçmək istəyən Baş Zəyzid kənd sakini Sürmayə Kərimova Məcid qızını vurub.

Zərərçəkən Qapalı Kəllə Beyin Tramvası diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerləşdirilən Sürməyə Kərimovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.