Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Şəhərdə 1 saylı xətt üzrə sərnişin daşıyan "Hyunday markalı avtobus "Lada Priora markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.