"Mersedes komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə "Formula-1 çempionu olub.

Unikal.org-un "RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, N. Rosberq "Formula-1-in son mərhələsində - Əbu-Dabi Qran-prisində "Mersedes komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.

Ancaq "Formulı-1-in son çempionu olan L. Hamilton bu dəfəki "Formula-1-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib. "Formula-1 mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə sahibi "Ferrari komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.