Somali prezidenti Şeyx Mahmud Həsənə qarşı sui-qəsd təşkil olunub.

Unikal.org  xəbər verir ki, paytaxt Moqadişoda dövlət başçısının açılış mərasiminə qatıldığı univeristetdən bir neçə yüz metr məsafədə partlayıcı qurğu işə düşüb. Nəticədə 12-dən çox insan həlak olub, 10-u yaralanıb.

Bildirilir ki, sürücü partlayıcı dolu avtomobili univeristet istiqamətində idarə edərkən, onun qarşısı təhlükəsizlik əməkdaşları tərəfindən alınıb. Sürücü nəqliyyat vasitəsini tərk edəndən bir neçə dəqiqə sonra isə güclü partlayış baş verib. Şübhəli polis tərəfindən nəzarətə götürülüb. Terror aktına görə məsuliyyəti hələki heç bir qruplaşma üzərinə götürməyib.