Azərbaycanda ötən il ərzində 24 330 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkədən xaric edilib, onlardan 19 340 nəfəri 48 saat vaxt verilməklə ölkədən çıxarılıb.

Unikal.org-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında bildirilib.

Buna səbəb həmin şəxslərin ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl etməməsi, habelə etibarsız sənədlərlə yaşama qaydalarınıpozmaları olub. Hesabatda o da bildirilir ki, ötən il ərzində 2039 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin əsas olduğu üçün ölkə ərazisində yaşaması leqallaşdırılıb. Ümumilikdə ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 120103 nəfərdir.