"Google.com" əvəzinə yanlışlıqla "É¢oogle.com"a girsəniz, bir hərf səhvi ciddi problemlə nəticələnər.

Unikal.org xəbər verir ki, yeni ortaya çıxan "É¢oogle.com" adlı sayt bildiyimiz "Google.com" (ya da google.com) deyil. Onun adının birinci hərfi "G" şəklində yazılan böyük hərfin kiçik ölçüdə yazıldığı bir "unicode" ilə ayarlanıb.

Əslində "É¢oogle.com"a girdiyinizdə spam olunmuş bir sayt açılır. Açıldığında klassik bir "Google" səhifəsi yerinə tam fərqli bir görünüşə sahib olan "É¢oogle.com" görünür.
 
"É¢oogle.com"a daxil olmanız kompüterinizdə hər hansı problemlərə yol aça bilər! Bu mənada xüsusilə kompüterdən istifadəni bilməyən şəxsləri, ya da yeni istifadə etməyə başlayanları xəbərdar etmək üzləşiləcək problemdən ən əhəmiyyətli bir çıxış yolu ola bilər.