Bəbir və ya qaplan (lat. Panthera pardus) -” pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növüdür. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır.

Unikal.org xəbər verir ki, bu yırtıcının qidalanması çox müxtəlifdir. O, bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Onun əsas qidasını vəhşi cütdırnaqlı heyvanlar dağ keçiləri və qoyunları, nəcib maral, cüyür və çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki hücum etmir. Qida azlığından bəbirlər tirəndazlarla və ev heyvanları ilə qidalanmağa məcburdurlar. Tirəndaz ovlayarkən bəbirlər özləri də yaralanırlar.

Sizə hazırda nəcib marala hücum edən və onu boğaraq öldürən bəbirin fotolarını təqdim edirik. Şəkildə də göründüyü kimi, maral öləndən sonra qarnındakı bala üzə çıxmağa başlayır.
Tutduğu maralı dəqiqələr içində öldürən bəbir, tutduğu maralın hamilə olduğunu görüncə onu yeməkdən imtina edir. Bir müddət başında gözlədikdən sonra oradan sürətlə uzaqlaşır.

Çita Avının Hamile Olduğunu Görünce Yemekten Vazgeçti