Türkiyənin Bolu vilayətində toyuq fermasının yeni blokunun inşası zamanı fəhlələr qorxub qışqırıblar, sonra qaçıblar. Səbəb isə onların qazdıqları çuxurdan böyük ayının çıxması olub.

Unikal.org European-a istinadən bildirir ki, toyuq fermasının sol tərəfindəki sahədə ekskavatorla qazılan çuxuru təmizləmək və özül üçün betonlamaq istəyən fəhlələr dəhşətə gəliblər. Çünki torpaq qəflətən tərpənib, oradan nəhəng qonur ayı çıxıb.

"Narazı" ayı nərildəyəndən sonra fəhlələrə hücum edib.

4 fəhlə zorla qaçıb qurtula biliblər.