Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Oka" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə Unikal.org-a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54 040 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər - FOTO