İzmirin Karşıyaka Mahalında Türkiyənin eks prezidenti Süleyman Dəmirəl adına Anadolu məktəbinin üzərinə yaxınlıqda tikinti üçün qurlaşdırılmış kran aşıb. 

Unikal.org xəbər verir ki, nəticədəi məktəbin damı uçub. Sinif otaqlarında  çatlar əmələ gəlib və bir sözlə binaya ciddi zərər dəyib. Su turbaların partlaması nbəticəsində də məktəbin sinif otaqlarını su basıb. 

Hadisə gecə baş verdiyindən hər hansı insan itkisi baş verməyib. 

Məktəbdə şagird və müəllim heyyətinə bir gündəliyinə tətil edildi.