Səhər verilişlərindən birində qadına qarşı zorakılıq barədə aparıcı müzakirələr aparıb. Daha sonra isə proqrama dəvət edilən vizajist zorakılıq halları zamanı qadınlara zədə izlərini makiyajla mükəmməl şəkildə örtmək qaydalarını öyrədib. Bu da ölkədə birmənalı qarşılanmayıb.

Unikal.org xəbər verir ki, hadisə Mərakeş Dövlət Televiziyasında baş verib. Vizajistin qadın üzündəki göyərtilərin makiyajla qapadılması qaydalarını gülərək öyrətməsi də tənqidlərin miqyasını genişləndirib.

Aparıcı verilişin sonunda, "Ümid edirik ki, bu gözəllik məsləhətləri gündəlik həyatınıza davam etməkdə sizə kömək olacaq, -deyə bildirib.

Verilişdə baş verənləri tənqid edənlər bununla qadına qarşı zorakılığı adiləşdirildiyini önə çəkib. Kanaldan və verilişdən üzr istəməsini tələb edən minlərlə qadın etiraz kampaniyasına başlayıb.a24az