Topaz Premyer Liqasının XIII turunun mərkəzi görüşündə "Qarabağ "Qəbələ ilə qarşılaşır. 

Unikal.org apasport.az saytına istinadən xəbər verir ki, Suraxanı qəsəbə stadionunda keçirilən oyun bir dəqiqəlik sükutla başlayıb.

Bununla rəqiblər bir neçə gün öncə vəfat etmiş mərhum futbolçu Şəhriyar Xəlilovu yad ediblər.

Bundan əlavə, "Qəbələ meydana üzərində Şəhriyarın fotosu həkk olunmuş formalarla çıxıb.

Qeyd edək ki, 25 yaşında vəfat edən futbolçu hər iki komandanın heyətində çıxış edib.