İranın Sari şəhərində mikroavtobus aşıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta yerli vaxtla saat 14:00 radələrində Sari şəhərinin Esporz bölgəsində baş verib.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Sari şəhər İmam Xomeyni adına xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin səbəbi araşdırırlır.