Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub.

Unikal.org RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb.

Bildirilib ki, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır.

Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirmişlər.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 81 nəfərdən 75-i həlak olub.