Azərbaycanda 2 yaşlı uşaq yanıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Füzuli rayonunda qeydə alınıb. Rayona qonaq gedən Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Surxay Rövşən oğlu Hüseynov qazanda qaynar suya düşüb.
Nəticədə ağır yanıq xəsarətləri alan azyaşlı təcilli olaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.