Masallı rayonunda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Masallı rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məcidova Günəş Təvəkkül qızı özünü yaşadığı evdə asaraq öldürüb. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.