14 Oktyabr 2019
Balakəndə vanna otağında partlayış:95 yaşlı kişi yandı
Balakəndə vanna otağında partlayış:95 yaşlı kişi yandı HADİSƏ 10:12 2016-03-08

 

Balakəndə 95 yaşlı kişi ağır yanıq xəsarətləri alıb. 

Unikal.org xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) apa-ının Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 8-də saat 06:10 radələrində rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, 95 yaşlı M. Mustafayev yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış baş verib.

Nəticədə M. Mustafayev bədənin 2-ci və 3-cü A dərəcəli termiki yanıq xəsarətləri alıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M. Mustafayevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.