Bakıda at 20 yaşlı oğlanı sürüyüb.

Unikal.org bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsi Mehdi Hüseynzadə ev 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yenicə aldığı ata minib sürmək istəyib. At hürküb. Atın kəndirinin Q.Rəhimovun ayağına keçməsi nəticəsində heyvan gənc oğlanı bir neçə metr irəli sürüyüb. Yalnız qonşuların müdaxiləsi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.