Bərdədə ata və 3 oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı, 24 yaşlı Manaf Məmmədovla birlikdə Elçin Əliyevə narkotik maddə satarkən iş başında yaxalanıblar.

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirilib. Saxlanılan şəxslərin atası 49 yaşlı Ədilxan Məmmədovun və daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından qurudulmuş marixuana aşkar edilib.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir və el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.