Bu gün Bakı-Sumqayıt şosesi, Ər-Riyad Ticarət Mərkəzi ilə üz-üzə yerləşən Abşeron Gənclər Şəhərciyində yaşayan bir qrup sakin Akkord Şirkətlər Qrupuna məxsus ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

Sakinlərin dediyinə görə, yaşadıqları binada qaz sayğacı quraşdırılsa da, onlara kart verilmir ki, əhali qazdan istifadə etsin. Sakinlər aldadıldıqlarını iddia edir və bunun səbəbini öyrənmək üçün ofisə gələrək şirkətin rəsmisi ilə məsələni aydınlaşdırmağa çalışıblar. Lakin Akkordun rəsmisi insanları təhqir edərək ərazidən uzaqlaşdırmağa çalışıb.

Şikayət edənlərdən biri "sağımız, solumuz qazı yandırır, amma bizə vermədilər. Cəmi 12 adama qaz kartı verilib. 14 blokda isə rəsmi açılış olub və qaz istifadəyə verilib. 7 blokda isə sayğacların hamısı plomblanıb hazırdı, ancaq 12 nəfərə kart verilib, yerdə qalanlarına vermirlər. Səbəbini də demirlər. Elə deyirlər gözləyin deyə bildirib.

Unikal.org "A24.azın redaksiyasına daxil olan videogörüntünü təqdim edir: