Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün Türkiyədə mətbuat konfransında Suriyada öldürülən türk əsgərləri ilə bağlı açıqlamasının yanlış tərcüməsi gündəmə bomba kimi düşüb.

Lavrov jurnalistin sualına cavab verərkən, "Türk əsgələrinin Suriyada aviazərbə ilə öldürülməsi məsələsinin Rusiya Silahlı Qüvvələrinə heç bir aidiyyəti yoxdur, həmçinin, Suriya ordusu ilə əlaqəsi yoxdur cümləsi "Bu hücumun Rusiya ilə heç bir əlaqəsi yoxdur, hücumu Suriya ordusu təşkil edib şəklində jurnalistlərə sinxron tərcümə edilib. Yayılan yanlış informasiya Türkiyə mətbuatının gündəmini zəbt edib. Qısa ara sonra isə xarici işlər nazirliklərinin işə qarışması ilə mətbuat orqanlarında yayımlanan yanlış informasiya düzəldilib.

Lavrovun original və tərcümədəki çıxışının videosunu müqayisə üçün təqdim edirik: