Bakıda 15 yaşında dayısı oğlu tərəfindən qaçırılan qız cinayət törədib.

Unikal.org xəbər verir ki, 1998-ci ildə Bakının Türkan qəsəbəsində doğulan Nərminə Şıxıyeva qaçırıldıqdan sonra əri tərəfindən yüngül xəsarətlə döyülüb. 3 aylıq hamilə olan Nərminə bundan sonra qara günləri başlayır. O xəstəxanada müstəntiq tərəfindən dindirilir. Digər xalası ona müstəntiqə düzgün açıqlama verməsini tələb edir. Bundan sonra Nərminə xalasının sözü ilə əri tərəfindəndöyüldüyünü təsdiqləyir. 
Məhkəmənin hökmü ilə bundan sonra əri 1 il 9 ay həbs edilib. Xalasının sözünə baxdığına görə ərinin həbs edildiyindən əsəbləşən Nərminə dükandan bıçaq alır. O xalasının evinə gəlir. Xalasının yanında qonşuların olduğunu görən Nərminə qisasını onun oğlundan alır. O xalası oğlunun qolundan və boğazından bıçaqlayır. Bundan sonra Nərminə həbs edilir və xalası şikayətçi olmasına baxmayaraq məhkəmənin hökmü ilə 5 il 7 ay həbs edilir.
Hazırda 1 yaşlı uşağını anası və atası tərəfindən saxlanılan Nərminə ən böyük arzusu övladı və həyat yoldaşı ilə qovuşmaqdır.
"Yanvarın 2-də övladımın bir yaşı olub. Çox istəyirəm ki, həyat yoldaşım həbsdən azad olunduqdan sonra məni yaddan çıxarmasın.-deyə Nərminə bildirib. (Rezonans ARB TV)