Paytaxtın Binəqədi rayonunda yaşayış evlərinə qənim kəsilən dəstəni polis ifşa edib. 4 nəfər saxlanılıb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Sulutəpə və Biləcəri qəsəbələrində yaşayan sakinlər polisə müraciət edərək evlərindən oğurluq edilməsi ilə bağlı məlumat veriblər.

Dərhal araşdırmalara başlayan polis əməkdaşları cinayət törətməkdə şübhəli bilinən şəxsləri saxlamağa müvəffəq olublar. Kamran İbrahimov, Anar Məmmədov, Orxan Usubov, Radim Usubov evlərdən məişət və geyim əşyaları oğurlamaqla vətəndaşlara ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmaqda təqsirləndirilirlər. Onlar əldə etdikləri məişət avadanlıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə satdıqlarını etiraf ediblər.
Polis dəstə üzvlərinin oğurlayıb satdığı bütün avadanlıqları mağazalardan aşkar edərək götürüb.
Faktlarla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir.