İtaliyalı porno aktrisa Sara Tomazzi (Sara Tommasi) həvəskar "Marruvium futbol klubu ilə müqavilə imzalayıb.

Unikal.org türkiyə KİV-nə istinadən xəbər verir ki, qadın komandanın direktorlarından biri olub.

Tommazinin sözlərinə görə, o, çoxdan idman fəaliyyəti ilə məşğul olmağı arzulayıb. Porno ulduzun klubda hansı funksiyaları yerinə yetirəcəyi açıqlanmır.

İtaliyanın ən aşağı liqalardan olan D seriyasında çıxış edən klubun prezidenti Rome Lav (Romeo Love) yeni rəhbərin "Marruvium üçün xeyirli olacağını bildirib: "Mən Sara ilə əməkdaşlığımıza görə fəxr edirəm.

Klub rəhbərliyi inanır ki, qadının populyarlığı "Marruviuma diqqəti artıracaq. Onun "Twitter 96 min, "Instagram-da isə 36 min izləyicisi var.