Bakıda taksi sürücüsü piyadanı vurub. 

Unikal.org gününsəsi.info-ya istinadən xəbər verir ki, Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib. 20-ci sahə adlanan ərazidə "Daewoo markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 29 yaşlı Fuad Mirzəyevi vurub. Piyada hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Fuad Mirzəyevin vəziyyətini tibbi müdaxilədən sonra həkimlər orta ağır olduğunu bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəliblər. Qəzanı törədən sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

http://a24.az/files/uploads/2016/12/t1.jpg

http://a24.az/files/uploads/2016/12/t2.jpg