Dağlıq Lerik rayonunda güclü külək əsib.

Unikal.org xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun apa-ya verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.