Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı qarşıya hərəkətdə olan "VAZ 2107 və "Ford markalı avtomobillər toqquşub. Hərəkətdə olan "Mercedesdə qəzaya uğrayan "VAZa çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı  hava şəraiti səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.