Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 10 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.