Ağdaş rayonunda dəhşətli qəza ba verib.

Daxili İşlər Nazirliyindən unikal.org-a verdiyi xəbərə görə, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nisaan" markalı avtomobili aşırıb. Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.