Yalama-Şirvanovka yolunun 5-ci kilometrliyində "VAZ 2106" və "VAZ 21099" markalı avtomobillərin toqquşması nəticəsində avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı Qusarçay kənd sakinləri, sürücü, 1967-ci il təvəllüdlü, Hacıyev Əzizulla Ağasəməd oğlu və onun oğlu, 1999-cu il təvəllüdlü, Hacıyev Rafiq yüngül xəsarət alıblar.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.