Dünən La Liqada keçirilən "Barselona - "Real oyunu (1:1) zamanı kataloniyalı azarkeşləri qəzəbləndirəcək hadisə baş verib.

Unikal.org-un Qol.az-a istinadən xəbərinə görə, 90-cı dəqiqədə vurduqları cavab qolundan sonra "Realın futbolçusu Dani Karvahal yerli azarkeşlərə orta barmağını göstərib.

Matçdan sonra futbolçu etdiyi ədəbsiz hərəkətə görə öz Tvitter hesabında "Barselonalı azarkeşlərdən üzr istəyib.

"Belə hərəkət etməməliydim - deyə Karvahal bildirib.