"Anderlecht"də icarə əsasında çıxış edən Lukaş Teodorçik Avropa klublarının diqqətini cəlb edib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Liverpool", "West Ham United", "Sevilla" və "Benfica"nın maraq dairəsinə düşüb. Bunlardan daha şanslı tərəf "Liverpool"dur. Polyak forvard müqavilə ilə "Dinamo Kyiv"ə məxsusdur. "Anderlecht" Teodorçiki 5 milyon avroya satın alıb, ona 20 milyon avro qiymət qoymağı planlaşdırır.

Qeyd edək ki, gənc forvard Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən görüşdə "Qəbələ"nin qapısına qol vurmuşdu.