Ötən gün xalq artisti Aygün Kazımova "5/5" verilişinin qonağı olub.
Verilişin aparıcısı Zaur Kamal xalq artistinə sürpriz hazırlayıb. Aparıcı Aygün Kazımovadan Namiqlə duet oxuduğu "Bağlanıram" mahnısını gözüyumulu oxumağı xahiş edib.
Bu zaman xalq artistinin eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov mahnını ifa etməyə başlayıb.
Xalq artisti gözlərini açarkən gördüklərindən təəccüblənib və Namiqə çox bənzədiyini deyib:
"Adam da adama belə oxşayar? Qaşları, saçı və saqqalı necə də oxşayır. Gedək indi o birisi otaqda deyim, tam oxşayırsan, yoxsa yox…"
Aygünün bu sözləri aparıcı və tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.(qafqazinfo)