"Bovaiştanın baş məşqçisi Migel Leal keçirdiyi mətbuat konfransında zədəli oyunçuların durumu haqqında danışıb.

Unikal.org xəbər verir ki, portuqaliyalı mütəxəssis milli komandamızın qapıçısı Kamran Ağayevin vəziyyətinə də aydınlıq gətirib.

"Kamran Ağayev və Fabio Eşpinyo bu oyunda çıxış etməyəcək. Çətin qarşılaşma olacaq, ancaq azarkeşlərimizin də dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ağayevin vəziyyəti nisbətən daha ağırdı. Onu qış fasiləsində heyətə qaytarmağa çalışacağıq.

Qeyd edək ki, "Boavişta Portuqaliya çempionatında növbəti matçını dekabrln 6-da "Pakoş Fereyraya qarşı keçirəcək.