16 yaşına qədər 43 min dəfə zorlanan Meksikalı Karla Jacinto geri qalan həyatını təcavüzdən əziyyət çəkən qadınlara həsr etməyə qərar verib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Karla uşaq olarkən 1 gündə ən az 30 nəfərlə cinsi əlaqəyə girməyə məcbur edildiyini deyib.

12 yaşında qadın alverçilərinin qurbanı olan Karla, valideyinlərinin pula aldandığını bildirib. Meksikanın ən böyük şəhərlərindən biri olan Guadalajaraya aparılan və fahişəliyə məcbur edilən Karla, 2008-ci ildə qadın alverçilərinə qarşı aparılan bir əməliyyatda xilas olub. İndilərdə 24 yaşında olan Karla, yaşadığı travmadan xilas olaraq insan hüquqları müdafiəçisi olub.

Dünyanı gəzərək fahişəliyə məcbur edilən qadınları kömək edən Karla, bu haqda müzakirələr aparmaq üçün Vatikanda Papa Fransislə belə görüşüb.

Meksikadakı insan qaçaqçılığı mövzusunda fərqlilik yaratmağa çalışan Karla, yaşadıqlarını bu sözlərlə izah etdi:"Məni çubuqlarla, şunurla, zəncirlərlə döyürdülər. Məni 12 yaşında fahişəliyə məcbur edildim. Ağladığım üçün mənə gülürdülər. Etdiklərini görməmək üçün gözlərimi bağlayırdım.

Gənc qadın, yaşının kiçik olduğunu bildikləri halda, formalı polislərin, hakimlərin və hətta rahiblərin belə onun birlikdə olduqlarını deyib.

Meksikada hər il təxminən 20 min qadın qadın alverinin qurbanı olduğu təxmin edilir.(cebhe.info)