Qəm-kədərdən, stressdən, əsəbdən uzaq olmaq istəyirsinizsə rəqs edin. Yaponiyada göstərdikləri rəqs şousu ilə milyonlarla insanı heyrətləndirən təqaüdçü nənələr belə deyir.

Unikal.org xəbər verir ki, 60 yaşlı nənələr milli geyimləri - kimanoda amerikalı müğənni Bruno Marsın "24K magic" mahnısının sədaları altında əsl performans nümayiş etdiriblər. Hip-hop tərzində rəqsləri ilə hər kəsi coşduran nənələr oynayarkən özlərini 60 yaşında deyi, 20 yaşlarında gənc qız kimi hiss etdiklərini vurğulayıblar.

Təqaüdçü yaponiyalı nənələrin rəqs şousunun yer aldığı görüntülər qısa zamanda izlənmə rekordu vurub.