Kaliforniyanın yüzlərlə sakini "Kök" ləqəbli pişiyin elektrik dirəyinə üstünə çıxıb, yerə düşə bilməməsinə görə işıqsız qalıb.

Unikal.org-un xəbərinə görə, pişik hündürlüyü 14 metr olan elektrik dirəyində doqquz gün ac oturub. Pişiyin sahibi onu yedizdirmək istəsə də heyvan yıxılmaqdan qorxaraq, yerindən tərpənməyib. Müxtəlif xidmətlərə müraciət edilsə də, yalnız yanğınsöndürənlər pişiyi xilas etməyə qərar verib. Pişiyi xilas etmək üçün 250 evin işığı müvəqqəti olaraq, kəsilib.