Goranboyda maskalı şəxslər yaşayış evinə basqın edib.
Unikal.org xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Mina Məhərrəmovanın yaşadığı evə  girən 2 maskalı şəxs onun və 2004-cü il təvəllüdlü nəvəsi Nilufərin üzünə qaz püskürdüb, bıçaqla hədələyib və mənzildən 160 manat pul, 1500 manat dəyərində qızıl aparıblar.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Mahmud Xanov və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz İsgəndərov tutulublar.