Məşhur türk fotoqraf Mert Alaş tanınmış model İrina Şeyki yeni bir layihə üçün Türkiyəyə dəvət edib.

Unikal.org xəbər verir ki, o Türkiyədə məşhur otelin hovuz və SPA mərkəzini reklam etmək üçün kamera qarşısına çıxıb.

Belə ki, Türk fotoqraf Mert Alaşın obyektivinə poza verən Şeyk otellərin hovuzunda, SPA otaqlarında, restoranların hər küncündə şəkil çəkdirib.

Dörd gün davam edən çəkilişlər boyunca Türkiyəyə heyran qalan Şeyk il ərzində istifadə ediləcək reklam filminin üzü olaraq gözəlliyini sərgiləyib. O məşhur Türk hamamında da çimərək şəkil çəkdirməyi unutmayıb.