Rusiyalı teleaparıcı Svetlana Bondarçukun sahibi olduğu "PR İnternational" agentliyi ənənəvi "Action!" adlı xeyriyyəçilik tədbiri həyata keçirib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, mərasimə Rusiya şou-biznesinin nümayəndələri və biznesmenləri ilə yanaşı, azərbaycanlı biznes-ledi Aysel Trudel də qatılıb.

Qeyd edək ki, Aysel Rusiyada yaşayır və işləyir. 37 yaşlı azərbaycanlının həyat yoldaşı kanadalı memar Lui Trudeldir.

Cütlüyün bu evlilikdən bir qız, bir oğlan övladı var.