23 Oktyabr 2019
Azərbaycan Formula 1 yarışından nə qədər pul qazanacaq-Azad Rəhimov açıqladı
Azərbaycan Formula 1 yarışından nə qədər pul qazanacaq-Azad Rəhimov açıqladı HADİSƏ 12:51 2016-03-09

 
"Azərbaycanın Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir".  
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.  
Nazir qeyd edib ki, biletlər fevralın 19-dan etibarən internet vasitəsilə satışa çıxarılıb. "Yarış üçün 30 min bilet satışa çıxarılıb.  
Satış həm internet, həm də kassa vasitəsi ilə mümkündür. Hazırda neçə biletin satılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Satışlar davam edir və işlər tam qaydasındadır".  
A.Rəhimov bildirib ki, bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb."Yəni, xaricdən və və yerli insanlar yarış üçün istədikləri qədər bilet ala bilərlər".