Forbes ulduz basketbolçu Maykl Cordanı bütün dövrlərin ən çox gəlir qazanan idmançısı elan etdi.

Unikal.org Tass-a istinadən xəbər verir ki, basketbolçu indiyə qədər 1.7 milyard dollar gəlir qazanıb. O,karyerası ərzində 93 milyon dollar pul əldə edib. Bura, sponsorlardan aldığı gəlir daxil deyil.

Maykl Cordan ikiqat olimpiya çempionudur. Həmçinin, "Çikaqo Bullz" klubu ilə birlikdə Milli basketbol assosiasiyasının altıqat çempionudur.