"ARB TV"də yayımlanan "Ömrün fəsilləri" verilişində qonaq olan əməkdar artist Elza Seyidcahan qoyulan qadağalarından danışıb.

Unikal.org-un məlumatına görə, müğənni bildirib ki, dayısı ona efirə çıxmağa icazə vermirmiş:

"Nənəm Bakıdan mənə 72 manata qarmon almışdı. 3 ay nənəmgildə qaldım. Dayım çox gözəl qarmon ifaçısı idi. Mənə dedi ki, otur yanımda və tələbələrimə nə öyrədirəmsə, əlimə bax təkrarla. Uşaqlar gedəndən sonra isə dayım məni yanında otuzdurub dərsi təkrarlamağımı istəyirdi. Nəyisə səhv edəndə barmaqlarımı qarmona sıxırdı. Nənəmə görə dayım üstümə qışqıra bilməzdi. Sonralar mən efirə çıxanda edib tənbehlədi ki, gələcəm sizə niyə efirə çıxmısan? Deyirdi ki, otur bəstəkarlığını elə. Qorxudan işıqları söndürüb, evdə otururdum. Anam gördü ki, artıq mahnı bəstələməyə başlamışam. Gedib mənə kreditlə piano aldı. Mənsə qarmon istəyirdim. Ağlaya-ağlaya qonşuların qapısını döyürdüm ki, anamın fikrini dəyişsinlər. Anam heç kəsin sözünə qulaq asmadı. Dedi, bu qız bəstəkar olacaq, ona görə notları bilməlidir. Bu günə görə anama minnətdaram".