"Star TVdə efirə gedən "Zuhal Topallaevlilik verilişində iştirak edən azərbaycanlı Naz yenidən verilişə gəlib.

Unikal.org-un məlumatına görə, Baha adlı gənclə nişanlanan və 3 gündən sonra üzüyü qaytaran Naz ayrılıq səbəbini açıqlayıb:

"Nişanlandıqdan sonra məni daha çox sıxmağa başladı. Belə olmaz, məni dəyişməyə, nələrsə etdirməyə çalışır. Mən də dayana bilmədim və ayrılmaq istədim. Münasibət bitdi, bura Baha üçün qayıtmadım. Özü də efirə gəlib, yeni namizədlər axtarır.

Nazın dediklərinə etiraz edən Baha "Ayrıldıq? Dünən mənə "Səni sevirəm. Mən sənsiz, sən də mənsiz qala bilməzsən deyə, mesaj yazdın. Sən mənə dedin ki, get yeni namizəd tap. Sonra da məndən üzr istədin deyib.

Naz verilişdə olan digər bir bəy namizəd Sərkanı bəyəndiyini və həyatını onunla davam etdirmək istədiyini söyləyib. Onun bu təklifinə təəccüblənən Sərkan cavab verə bilməyib