Magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üçün keçirilən qəbul imtahanlarından 3 gün keçsə də, bu məsələ ətrafında müzakirələr hələ səngimir.
Unikal.org anspress-ə istinadən verdiyi məlumatına görə, imtahan verən tələbələr bu il məntiqdən olan test tapşırıqlarından narazıdırlar. Onlar sualların həddindən artıq çətin olduğunu düşünürlər. 
"Sınaqda 80 bal yığanlar, imtahanda keçib balını belə yığa bilməyib"
Qəbul imtahanlarında iştirak edən Aliyə Əliyeva adlı tələbənin sözlərinə görə, çox çətin suallarla qarşı-qarşıya qalıb: "İmtahandan əvvəl sınaqlarda iştirak etmişəm. Sınaqlarda 75-80 bal yığdığım halda, imtahanda keçid balını belə toplaya bilmədim. Əgər belə çətin suallar salmaq fikirləri var idisə, elə sınaqlarda da belə suallar qoyardılar ki, ən azı xəbərimiz olardı", - deyə imtahandan kəsilən tələbə xanım bildirib.
Tələbələrin sosial şəbəkələrdə bu gün nə qədər aktiv olduğunu nəzərə alsaq, müzakirələrin də çox qisminin orada getdiyini aydın şəkildə görə bilərik. Onların şikayəti isə eynidir - məntiqi təfəkkürə aid sualların həddindən artıq mürəkkəb olub. 


Təhsil üzrə ekspert Milli Elmlər Akademiyasının elmi işçisi Kamran Əsədov da tələbələrin şikayətlərində haqlı olduğunu düşünür. Onun sözlərinə görə, martın 6-da keçirilən imtahanın sualları çox bərbad formada tərtib edilib:  "Ya bizim məntiqimiz yoxdur, ya da TQDK özündən yeni məntiq kəşf edib. İmtahandakı suallara mən də baxmışam, həddindən artıq çətin suallar idi. Odur ki, 25 minə yaxın imtahan verənlərdən yalnız bir nəfər 96 bal yığıb. TQDK göstərmək istəyir ki, universitetlərdə dərs keçilmir, təhsil aşağı səviyyədədir. Dünyanın heç bir yerində bu cür imtahan keçirilmir. 4 il ərzində ingilis dilini oxuyan bir tələbə nə üçün əsas fənn kimi informatikadan imtahan verməlidir? TQDK gənclərə dəstək olmaqdansa, onların yolunu bağlayır".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) magistratura üzrə aparıcı məsləhətçi Xanlar Xanlarzadə isə nə ekspertin fikri, nə də tələbələrin şikayətləri ilə razıdır. O, deyir ki, bu ilki imtahandakı suallar hər il tərtib olunan suallar kimidir. "İmtahandan əvvəl texniki tapşırıq hazırlanır və bu texniki tapşırığa əsasən istifadə olunacaq asan, orta və çətin suallar müəyyən olunur. Bu ilki imtahana 24 mindən artıq ərizə verilib. Bizim üzərimizə düşən vəzifə ərizə verənlər arasında seçim aparmaqdır. Ona görə də imtahana çətin suallar da salırıq. Bu zaman daha çox bilən ilə daha az bilikli bakalavr seçilir. Kim daha biliklidirsə, daha çox suallara cavab verir". 
Qurum rəsmisi düşünür ki, bütün suallar asan olsa, hamı yüksək bal toplayar və TQDK nümayəndələri seçim edə bilməzlər. 
X.Xanlarzadə tələbələrin "sınaqda asan suallar verilib, imtahanda çətin" iddiası ilə də razı deyil. Onun sözlərinə görə, bakalavrların çoxu kommersiya məqsədli kursların sınaq imtahanında iştirak edirlər. Həmin kursların fəaliyyətinin isə TQDK-nın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, 24 min ərizə verən tələbələrdən yalnız 1000 nəfəri TQDK-nın onlayn sınaq imtahanında iştirak edib. 
Magistratura imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələdə 100 sualı cavablandırmaq üçün tələbəyə 2 saat 30 dəqiqə vaxt verilir ki, bu da bir sualı cavablandırmaq üçün 1 dəqiqə 30 saniyə deməkdir (bu dünya standartlarına uyğundur). Magistratura pilləsinə imtahan verənlər 4 ixtisas qrupu üzrə seçim edə bilərlər. Həmin ixtisas qrupu üzrə keçid balları müxtəlifdir. 

"Magistratura imtahanından narazı qalanlar 9-11 mart tarixlərində Apelyasiya komissiyasına müraciət edə bilərlər"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası da yaradılıb. Bakalavr Apelyasiya komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, ötən il magistraturaya imtahan verən bütün bakalavrların 100 baldan orta balı 43, bu il isə 40 bal olub. 

Avropa ölkələri və ABŞ-da magistratura imtahanı iki prinsip əsasında aparılır: 1. "Pre-experience" (magistratura proqramı üzrə təcrübəsi bir ildən az olan və ya heç olmayan), 2. "Post-experience" (2-3 il təcrübəsi olan tələbələr üçün). Bir çox ölkələrdə magistraturaya daxil olmaq üçün isə lazımı sənədlərlə yanaşı, sonuncu dəfə verdiyin imtahanın nəticələri əsas götürülür, həm də, xarici ölkələrdə əsas göstərici ixtisasın üzrə olan imtahanın nəticələridir. 
Magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üçün keçirilən qəbul imtahanlarından 3 gün keçsə də, bu məsələ ətrafında müzakirələr hələ səngimir. ANS PRESS-in məlumatına görə, imtahan verən tələbələr bu il məntiqdən olan test tapşırıqlarından narazıdırlar. Onlar sualların həddindən artıq çətin olduğunu düşünürlər. 
"Sınaqda 80 bal yığanlar, imtahanda keçib balını belə yığa bilməyib"
Qəbul imtahanlarında iştirak edən Aliyə Əliyeva adlı tələbənin sözlərinə görə, çox çətin suallarla qarşı-qarşıya qalıb: "İmtahandan əvvəl sınaqlarda iştirak etmişəm. Sınaqlarda 75-80 bal yığdığım halda, imtahanda keçid balını belə toplaya bilmədim. Əgər belə çətin suallar salmaq fikirləri var idisə, elə sınaqlarda da belə suallar qoyardılar ki, ən azı xəbərimiz olardı", - deyə imtahandan kəsilən tələbə xanım bildirib.
Tələbələrin sosial şəbəkələrdə bu gün nə qədər aktiv olduğunu nəzərə alsaq, müzakirələrin də çox qisminin orada getdiyini aydın şəkildə görə bilərik. Onların şikayəti isə eynidir - məntiqi təfəkkürə aid sualların həddindən artıq mürəkkəb olub. 
Təhsil üzrə ekspert Milli Elmlər Akademiyasının elmi işçisi Kamran Əsədov da tələbələrin şikayətlərində haqlı olduğunu düşünür. Onun sözlərinə görə, martın 6-da keçirilən imtahanın sualları çox bərbad formada tərtib edilib:  "Ya bizim məntiqimiz yoxdur, ya da TQDK özündən yeni məntiq kəşf edib. İmtahandakı suallara mən də baxmışam, həddindən artıq çətin suallar idi. Odur ki, 25 minə yaxın imtahan verənlərdən yalnız bir nəfər 96 bal yığıb. TQDK göstərmək istəyir ki, universitetlərdə dərs keçilmir, təhsil aşağı səviyyədədir. Dünyanın heç bir yerində bu cür imtahan keçirilmir. 4 il ərzində ingilis dilini oxuyan bir tələbə nə üçün əsas fənn kimi informatikadan imtahan verməlidir? TQDK gənclərə dəstək olmaqdansa, onların yolunu bağlayır".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) magistratura üzrə aparıcı məsləhətçi Xanlar Xanlarzadə isə nə ekspertin fikri, nə də tələbələrin şikayətləri ilə razıdır. O, deyir ki, bu ilki imtahandakı suallar hər il tərtib olunan suallar kimidir. "İmtahandan əvvəl texniki tapşırıq hazırlanır və bu texniki tapşırığa əsasən istifadə olunacaq asan, orta və çətin suallar müəyyən olunur. Bu ilki imtahana 24 mindən artıq ərizə verilib. Bizim üzərimizə düşən vəzifə ərizə verənlər arasında seçim aparmaqdır. Ona görə də imtahana çətin suallar da salırıq. Bu zaman daha çox bilən ilə daha az bilikli bakalavr seçilir. Kim daha biliklidirsə, daha çox suallara cavab verir". Qurum rəsmisi düşünür ki, bütün suallar asan olsa, hamı yüksək bal toplayar və TQDK nümayəndələri seçim edə bilməzlər. X.Xanlarzadə tələbələrin "sınaqda asan suallar verilib, imtahanda çətin" iddiası ilə də razı deyil. Onun sözlərinə görə, bakalavrların çoxu kommersiya məqsədli kursların sınaq imtahanında iştirak edirlər. Həmin kursların fəaliyyətinin isə TQDK-nın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, 24 min ərizə verən tələbələrdən yalnız 1000 nəfəri TQDK-nın onlayn sınaq imtahanında iştirak edib. 
Magistratura imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələdə 100 sualı cavablandırmaq üçün tələbəyə 2 saat 30 dəqiqə vaxt verilir ki, bu da bir sualı cavablandırmaq üçün 1 dəqiqə 30 saniyə deməkdir (bu dünya standartlarına uyğundur). Magistratura pilləsinə imtahan verənlər 4 ixtisas qrupu üzrə seçim edə bilərlər. Həmin ixtisas qrupu üzrə keçid balları müxtəlifdir. 
"Magistratura imtahanından narazı qalanlar 9-11 mart tarixlərində Apelyasiya komissiyasına müraciət edə bilərlər"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası da yaradılıb. Bakalavr Apelyasiya komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, ötən il magistraturaya imtahan verən bütün bakalavrların 100 baldan orta balı 43, bu il isə 40 bal olub. 
Avropa ölkələri və ABŞ-da magistratura imtahanı iki prinsip əsasında aparılır: 1. "Pre-experience" (magistratura proqramı üzrə təcrübəsi bir ildən az olan və ya heç olmayan), 2. "Post-experience" (2-3 il təcrübəsi olan tələbələr üçün). Bir çox ölkələrdə magistraturaya daxil olmaq üçün isə lazımı sənədlərlə yanaşı, sonuncu dəfə verdiyin imtahanın nəticələri əsas götürülür, həm də, xarici ölkələrdə əsas göstərici ixtisasın üzrə olan imtahanın nəticələridir. 
Göründüyü kimi, magistr olmaq arzusu ilə imtahana qatılıb narazı qalanlarla tələbələrin daha savadlı olmasını arzu edən TQDK arasında anlaşılmamazlıq hələ bir müddət davaam edəcək. Gələcəkdə belə hallarla qarşılaşmamaq üçün TQDK ancaq onlayn sınaq imtahanı ilə kifayətlənməməlidir. İmtahanlar həm də yazılışla olmalıdır.
Magistr olmaq arzusunda olanlar isə daha yüksək səviyyədə hazırlaşmalıdırlar.