Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumu Crocus Sərgi Mərkəzində keçirilib.

Unikal.org bildirir ki, tədbirin iştirakçıları və qonaqları üçün Emin, Yolka, Tünzalə Ağayeva, Xəyyam Nisanov, Emil Qədirov və digər məşhur ifaçıların iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbirdə Emin Ağalarov AMOR-un sədri Leyla Əliyevaya bu cür gözəl təşkilatçılığa görə təşəkkür edib.

Qeyd edək ki, AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb.