Dünyanın ən böyük internet film kataloqu IMDb saytı 2016-cı ilin 10 ən yaxşı aktyorunu seçib.

Unikal.org xəbər  verir ki, reytinq tərtib olunarkən, sayt redaktorları istifadəçilərin ən çox hansı aktyorun səhifəsinə daxil olduğunu dəyərləndirib.

Siyahıda birinci yeri avstraliyalı aktrisa, "İntiharçılar dəstəsi filmi ilə məşhurluq qazanmış Marqo Robbi əldə edib.

İkinci yerdə "Taxt oyunları serialının ulduzu Emiliya Klark qərarlaşıb. İlk üçlüyü "Qəribə işlər serialının qəhrəmanı Milli Bobbi Brau tamamlayıb.

2016-cı ilin 10 ən yaxşı aktyoru sırasına Tom Hardi, Morena Bakkarin, Qal Qado, Alişa Vikander, Deyzi Ridli, Heyli Bennett və Leonardo di Kaprio daxil olub.